İdman
Mənbə
ANS PRESS
Benzema uşaqlarla futbol oynadı (FOTO)
Danimarka millisinə 2:0 hesabı ilə qalib gəldiyi yoxlama oyunundan sonra Fransa yığmasının aparıcı üzvü Kərim Benzema təhsil aldığı məktəbə baş çəkib.
ANS PRESS-in məlumatına görə, “Real”ın forvardı Lion şəhərinin ətrafında yerləşən məktəbin qonağı olub. Fransalı futbolçu məktəbdə tələbələrlə görüşrək onlarla futbol da oynayıb. Kərim Benzema məktəb illərini xatırladığını deyib:
“Bu məktəbdə həm təhsil almışam həm də futbol oynamışam. Bu həyətdə ilk addımlarımı atmışam. Yenidən məktəbdə olduğuma görə sevinirəm”.
ANS PRESS