İdman
AZƏRTAC
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
Belarus atletləri Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına çox ciddi hazırlaşırlar
Minsk, 7 aprel,
AZƏRTACBelarus atletləri Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında yüksək nəticələr göstərmək niyyətindədirlər.
AZƏRTAC
BELTA agentliyinə istinadla xəbər verir ki, Belarus Milli Olimpiya Komitəsinin (MOK) birinci vitse-prezidenti Maksim Rıjenkov bu fikri Minskdə, inkişaf və sülh naminə Beynəlxalq İdman Gününə həsr edilmiş mətbuat konfransında söyləyib.
Belarus MOK prezidentinin birinci müavini deyib: “Cari il Milli Olimpiya Komitəsinin üçün hadisələrlə çox zəngin olacaq. Bakıda keçiriləcək Birinci Avropa Oyunları əsas idman tədbirlərindən biri olacaq. Belarus atletləri bu oyunlara çox ciddi hazırlaşır və yüksək nəticələr göstərməyi planlaşdırırlar”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk