İdman

"Bavariya"da şok istefa

Metbuat.az

Çempionlar Liqasının 1/4 finalının ilk oyununda səfərdə "Portu"ya uduzan "Bavariya"da şok istefa gerçəkləşib.



Qol.az

-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, komandanın 40 illik həkimi

Hans Vilhem Müller-Vohlfart

istefa verib.



"Portu" ilə oyunda zədə səbəbindən A

ryen Robben, Frank Riberi, Mehdi Benatiya, David Alaba, Xavi Martinez

Bastian Şvaynştayger

in xidmətindən yararlana bilməyən baş məşqçi

Pep Qvardiola

məğlubiyyətdə komandanın həkimini günahlandırıb.



Qvardiola ilə problem yaşayan Vilhem Müller istefa vermək qərarına gəlib. O, qərarı ilə bağlı yazılı açıqlamasında qeyd edib: ""Portu"ya məğlubiyyətdə komandanın tibbi heyəti günahlandırıldı. Lakin bu, qəbuledilməzdir. Uğur qazanmaq üçün güvənmək çox önəmlidir".



Qeyd edək ki, "Portu" - "Bavariya" oyunu 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.



Milli.Az