İdman
"Barselona"nın prezidenti: "Dani Alvesə təklif göndərmişik"
Son günlərdə dünya idman mətbuatında gündəm "Barselona"nın müdafiəçisi Dani Alvesin gələcəyidi.
Metbuat.az-ın məlumatına görə, katalon klubunun prezidenti Xosep Mariya Bartomeu jurnalistlərə verdiyi açıqlamada braziliyalı futbolçuya təklif göndərdiklərini bildirib:
"Hər futbolçumuzda olduğu kimi, Dani Alvesin də komandada qalması üçün ona təklif göndərmişik. Danışıqlarımız davam edir. Burada qalacağı təqdirdə komandanın aparıcı üzvlərindən biri olmağa davam edəcək. Ancaq hər kəsin bir strategiyası var. Onun qərarlarına hörmətlə yanaşırıq".