İdman
Bakının AZAL klubunun vitse-prezidenti ECA-nın Baş Assambleyasının plenar iclasında iştirak edib
Bakı, 4 aprel,
AZƏRTACBakının AZAL futbol klubunun nümayəndəsi İsveçin paytaxtı Stokholmda Avropa Klublar İttifaqının (ECA) Baş Assambleyasının plenar iclasında iştirak edib. Klubun vitse-prezidenti Fikrət Hüseynov tədbirə qatılaraq gündəlikdə duran məsələlərin müzakirəsində iştirak edib.
Klubdan
AZƏRTAC-a bildiriblər ki, F.Hüseynov həm də bu mötəbər tədbirdə ölkəmizin yeganə təmsilçisi olub. Baş Assambleyanın plenar iclasında isə futbolda böyük önəm kəsb edən bir sıra məsələlər – milli komandaların üzvlərinin sığortalanması, FİFA TMS sistemi ilə bağlı inzibatı cəzaların tətbiqi, dünya çempionatından əldə olunan gəlirlərin bölüşdürülməsi, futbolçuların transferi və keçidinə dair əsasnamənin müzakirəsi haqda fikir mübadiləsi aparılıb.