İdman

Bakıda konkur üzrə “Bahar kuboku” beynəlxalq turnir başlanıb

Metbuat.az

Bakı, 9 aprel,

AZƏRTAC

Aprelin 9-da “Binə” atçılıq mərkəzinin açıq manejində atçılığın konkur növü üzrə CSI2* kateqoriyalı beynəlxalq turnir başlanıb.


AZƏRTAC

xəbər verir ki, turnirdən əvvəl keçirilmiş mətbuat konfransında Azərbaycan Respublikası Atçılıq Federasiyasının vitse-prezidenti Mahir Muradov qeyd edib ki, bu yarışlar 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıqdır.


Azərbaycandan 9, Gürcüstandan 2, Türkiyədən və Lüksemburqdan 1 çapar qələbə uğrunda mübarizə aparırlar. Hakimlər kollegiyası heyətinə Azərbaycandan, Rusiyadan, Türkiyədən və İrandan hakimlər daxildirlər.


Bu gün turnir çərçivəsində 2 yarış keçirilib. Birinci turnirin qalibi Türkiyədən Ömər Şimşək, ikincinin qalibi Azərbaycandan Rahib İsmayılov olub.


Aprelin 10-11-də isə 2016-cı ildə keçiriləcək Olimpiya oyunlarında iştirak etməyə lisenziya almaq üçün zəruri olan 1500 xaldan 100-ü oynanılacaq.


Xatırladaq ki, turnirin mükafat fondu 53000 avrodur.