İdman
AZƏRTAC
Bakıda ilk Avropa Oyunlarına test xarakterli güləş üzrə beynəlxalq turnir başlayıb
Bakı, 16 aprel, Səxavət Quliyev,
AZƏRTACHeydər Əliyev Arenada sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir başlayıb.
AZƏRTAC
xəbər verir ki, Bakıda keçiriləcək ilk Avropa Oyunlarına test xarakteri daşıyan turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri iştirak edirlər.
Proqrama əsasən, turnirin ilk günündə yeniyetmə yunan-Roma güləşçiləri yarışırlar.
Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.