İdman

Bakıda 5 gün möhtəşəm mərasim olacaq

Metbuat.az

“Bakıda məşəllə bağlı 5 günlük möhtəşəm təntənəli mərasimi təşkil olunacaq”.



ANS PRESS-in məlumatına görə, bu barədə Bakı 2015 Avropa Oyunlarının məşəlinin marşrutunun təqdimatı zamanı bildirilib.



Qeyd edilib ki, 9 iyun tarixində İçərişəhər günü təşkil olunacaq, 10 iyun tarixində mədəniyyət günü keçiriləcək.



11 iyunda isə yekun mərasimlər baş tutacaq. 5500 km məsafə qət edən məşəl 12 iyunda açılış mərasiminə gətiriləcək.



Xatırladaq ki, məşəlimiz aprelin 26-da Atəşgah məbədindən alovlandırılacaq.



Avropa oyunlarının açılış mərasimi iyun ayaının 12-də baş tutacaq. Bağlanış mərasimi isə ayın 28-dədir.

Mənbə
ANS PRESS