İdman

Bakı-2015: Avropa Oyunlarının məşəlinin marşrutu müəyyənləşib

Metbuat.az

[ 20 Aprel 2015 14:36 ]



Bakı – APA. Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının məşəlinin marşrutu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, məşəl aprelin 26-da Atəşgah Məbədində yandırılacaq.

İlk səfər Naxçıvana olacaq. Aprelin 27-dən yola çıxarılacaq məşəl ümumilikdə 60 rayon və şəhərdən keçəcək və iyunun 7-də paytaxta qaytarılacaq. Məşəl cəbhə bölgəsində də olacaq.

Qeyd edək ki, Bakı-2015-in açılış mərasimi iyunun 12-də keçiriləcək.