İdman

Azərbaycanlı futbolçu Avropada bombardir oldu

Metbuat.az

Rusiyanın U-19 yığmasının və "Zenit"in azərbaycanlı futbolçusu Ramil Şeydayev "Avro-2015"in bombardirlər siyahısına başçılıq edir.



ANS PRESS-in məlumatına görə, R.Şeydayev "Avro-2015"in seçmə və elit raund mərhələlərində keçirdiyi 6 oyunda 10 qol vurub.



Onun ən yaxın izləyicisi isveçrəli Nikolas Hunzikerin aktivində isə 5 qol var. Elit raund mərhələsində Belçika, İsveç və Litva ilə eyni qrupda mübarizə aparan Rusiya yığması bütün görüşlərdə qələbə qazanaraq birinci olub.



Ramil Şeydayev İsveç (6:0) və Litva (3:1) ilə görüşlərdə dublla yadda qalıb.

Mənbə
ANS PRESS