İdman

Azərbaycanın taekvondoçuları Moldovadakı beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar

Metbuat.az

Bakı, 16 aprel,

AZƏRTAC

Azərbaycanın taekvondo üzrə yığma komandası Moldovaya yollanıb.


Azərbaycan Taekvondo Federasiyasından (ATF)

AZƏRTAC

-a bildiriblər ki, aprelin 18-də Kişineuda keçiriləcək “G1” kateqoriyalı beynəlxalq turnirdə millimizin 13 kişi və 10 qadın idmançısı qüvvəsini sınayacaq.


Kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandoust bu yarışda Vüsal Məmmədov (54 kq), Fizam Mehdiyev (54 kq), Məhəmməd Məmmədov (63 kq), Kamil Abdulrazakov (63 kq), Sina Bahrami (63 kq), Ayxan Tağızadə (68 kq), Səid Quliyev (74 kq), Elvin Məmmədov (74 kq), İlkin Şahbazov (74 kq), Milad Beigi Harçegani (80 kq), Radik İsayev (87 kq), Əhməd Mohammadi (87-dən yuxarı) və Ceyhun Həsənliyə (87-dən yuxarı) şans verəcək.


Qadın milli komandamızın baş məşqçisi Sun Mi Park isə Ceren Özbək (49 kq), Nurgül Çelik (49 kq), Patimat Abakarova (49 kq), Lazara Caridad Valdes Povea (53 kq), Günay Ağakişiyeva (57 kq), Darya Şkurko (62 kq), Fəridə Əzizova (67 kq), Marina Tedeeva (73 kq), Soheyla Sayahi (73 kq) və Parisa Kafael Mohammad Nejada (73 kq-dan yuxarı) etimad göstərib.


Reytinq xarakterli turnir başa çatandan bir gün sonra, para-taekvondo üzrə dördüncü Avropa çempionatına start veriləcək. Qitə çempionatında isə 12 taekvondoçumuz medallar uğrunda mübarizəyə qoşulacaq.


Milli komandalarımız hər iki yarışa ATF-nin vitse-prezidenti Niyaməddin Paşayev və baş katib Həmdiyyə Məmmədovun rəhbərliyi ilə qatılacaq. İdmançılarımız vətənə aprelin 19-da dönəcəklər.