İdman

Azərbaycanın 11 sərbəst güləşçisi beynəlxalq reytinq siyahısında yer alıb

Metbuat.az

Bakı, 2 aprel,

AZƏRTAC

Dünya Güləş Birliyi (DGB) 2015-ci ilin martında keçirilən yarışların nəticələrinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyasını açıqlayıb.


AZƏRTAC

xəbər verir ki, sərbəst güləşçilərimizdən 11-i DGB-nin reytinq siyahısında yer alıb. Son dünya çempionatının gümüş mükafatçısı Xetaq Qazyumov (97 kq) ötən ay keçirilən Aleksandr Medvedin xatirə turnirində qalib olaraq reytinqdəki mövqeyini qoruyub. Dünya çempionu Hacı Əliyev isə ötən ay yarışlara 65 kiloqram çəki dərəcəsində qatıldığına görə, reytinq siyahısında mövqeyində dəyişiklik baş verib. Belə ki, 61 kiloqram çəkidə ikinci olan H.Əliyev yeni çəkidə 12-ci sırada qərarlaşıb. Bundan başqa, ilk onluqda Məhəmməd Müslümov (65 kq, 4-cü pillə), Cəbrayıl Həsənov (74 kq, 9-cu) və Şərif Şərifovun (97 kq, 5-ci) da adları var.