İdman

​Azərbaycan yığması Qazaxıstanı darmadağın edib

Metbuat.az

Bakı. 12 aprel. REPORT.AZ/ Aprelin 11-də Bakıda 16 yaşadək futbolçulardan ibarət komandaların iştirakı ilə UEFA-nın inkişaf turniri start götürüb.


“Report”un məlumatına görə, turnirdə Azərbaycan, Qazaxıstan, Yunanıstan və Gürcüstan yığmaları iştirak edir.


İlk oyunda Qazaxıstanla qarşılaşan Azərbaycan millisi rəqibini 4:0 hesabı ilə məğlub edib.


Komandamız bu gün Gürcüstan millisi ilə qarşılaşacaq.