İdman
AZƏRTAC
Azərbaycan üzgüçüsü Dubayda dörd medal qazanıb
Bakı, 8 aprel,
AZƏRTACAzərbaycan idmançısı Dubayda üzgüçülük üzrə beynəlxalq turnirdə uğurla çıxış edib.
AZƏRTAC
xəbər verir ki, Fatimə Alkərəmova “Dubai International Aquatic Championship” turnirini dörd medalla başa vurub. İdmançımız turnirdə müxtəlif üsullarla üzmə yarışlarında 1 gümüş və 3 bürünc medala sahib olub.