İdman
Azərbaycan Superliqası: Final mərhələsinə start verilir
Qadın voleybolçuların Azərbaycan Superliqasında final mərhələsi start götürür.
Metbuat.az-ın xəbərinə görə, hər iki görüş bu günə planlaşdırılıb. İlk öncə üçüncü pillə uğrunda mübarizə aparan komandalar - "Azəryol"la "Azərreyl" meydana çıxacaqlar. Birincilər görüşün açıq-aşkar favoriti hesab olunurlar.
Daha sonra isə final seriyasına start veriləcək. Son illərin dəyişməz çempionu "Rabitə" "Lokomotiv"lə qarşılaşacaq.
16:00. "Azəryol" - "Azərreyl"
18:00. "Rabitə" - "Lokomotiv"
Seriyalarda ən tez 2 qələbəyə çatan komanda qalib adını qazanacaq.