İdman

Azərbaycan Superliqası: Final mərhələsi başlayır

Metbuat.az

Qadın voleybolçuların Azərbaycan Superliqasında final mərhələsinə sabah start veriləcək.

Metbuat.az-ın məlumatına görə, artıq həlledici etapın təqvimi məlumdu. Sabah ilk olaraq üçüncülük uğrunda mübarizə aparan komandalar - "Azəryol"la "Azərreyl" üz-üzə gələcəklər. Daha sonra isə çempionluq seriyasına start veriləcək: "Rabitə" "Lokomotiv"lə münasibətlərinə aydınlıq gətirəcək.

10 aprel

16:00. "Azəryol" - "Azərreyl"

18:00. "Rabitə" - "Lokomotiv" 

Seriyaların ikinci görüşləri aprelin 15-də keçiriləcək.