İdman

Azərbaycan şahmatçıları Dubayda keçirilən beynəlxalq turnirdə ilk qələbələrini qazanıblar

Metbuat.az

Bakı, 9 aprel,

AZƏRTAC

Dubayda 17-ci “Dubai Open Chess Tournament 2015” beynəlxalq şahmat turnirində 3 turun oyunları başa çatıb.


AZƏRTAC

xəbər verir ki, turnirin liderləri sırasında olan Azərbaycan qrossmeysteri Qədir Hüseynov 3-cü turda da qələbə silsiləsini davam etdirib. Ermənistan şahmatçısı Hovik Hayrapetyanı məğlub edən Q.Hüseynov aktivinə 3 xal yazaraq 1-10-cü yerləri bölüşdürür. Digər təmsilçimiz Eltac Səfərli isə Misir təmsilçisi Mahmoud Abou El Zeyn üzərində qələbə qazanıb. Xəyalə Abdulla isə almaniyalı Birger Venzelini məğlub edib. Günay Məmmədzadə Hindistanlı İnakio Rodriqes, Zeynəb Məmmədyarova isə Türkmənistan şahmatçısı Mirad Babaliyev ilə sülh bağlayıb. Zaur Məmmədov üçüncü turda ilk məğlubiyyətini yaşayıb. O, Fransa təmsilçisi Andrey İstrateskuya məğlub olub. Nərmin Məmmədova isə hindistanlı Prasad Anula xal qazandırıb. Bu turda digər məğlubiyyəti Nail Bəşirli yaşayıb.


Beləliklə, 3 turdan sonra Qədir Hüseynov 3, Eltac Səfərli, Zaur Məmmədov, Xəyalə Abdulla, Nərmin Məmmədova 2, Nail Bəşirli, Zeynəb Məmmədyarova, Günay Məmmədzadə isə 1,5 xal toplayıblar.