İdman
Azərbaycan qılıncoynadanları Avropa çempionatında iştirak edəcək
Bakı, 11 aprel,
AZƏRTACAprelin 22-dən 26-dək İtaliyada 23 yaşadək qılıncoynadanlar arasında Avropa çempionatı keçiriləcək.
Bu barədə qılıncoynatmanın sabliya növü üzrə kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Əhmədov
AZƏRTAC-a bildirib.
O, deyib: “U-23 Avropa çempionatında oğlanların mübarizəsində şpaqa yarışlarında Kənan Əliyev birincilik uğrunda mübarizə aparacaq. Sabliya yarışlarında isə ölkəmizi Azər Tağıyev, Cavanşir Səfərov, Cavanşir Ağakişiyev və Abdulla Həsənov təmsil edəcəklər”.
Qeyd edək ki, turnir milli komandamız üçün ilk Avropa Oyunlarına hazırlıq xarakteri daşıyacaq.