İdman
Azərbaycan qılıncoynadanı birinci Avropa Oyunlarına Moskvada hazırlaşır
Bakı, 10 aprel,
AZƏRTACAzərbaycan qılıncoynadanı Səbinə Mikina birinci Avropa Oyunlarına Moskvada hazırlaşır.
Bu barədə Azərbaycan Qılıncoynatma Federasiyasının birinci vitse-prezidenti Yaşar Məmmədov
AZƏRTAC-a məlumat verib.
Y.Məmmədov deyib: “Səbinə Mikina hazırda Rusiya milli komandası ilə birgə təlim-məşq toplanışındadır. Toplanışa aprelin 12-də yekun vurulacaq və idmançı Çində keçiriləcək turnirdə qüvvəsini sınayacaq”.
Qeyd edək ki, idmançı qılıncoynatmanın sabliya növündə birinci Avropa Oyunlarında çıxış edəcək.