İdman
Azərbaycan Prezidenti: “İlk Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir”
Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti
İlham Əliyevözünün sədrliyi keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqində ilk Avropa Oyunlarına hazırlıqdan da danışıb.
“Report”un xəbərinə görə, dövlət başçısı I Avropa Oyunlarına hazırlığı yüksək səviyyədə getdiyini, artıq bir sıra idman obyektlərinin istifadəyə hazır olduğunu, Atletlər Kəndi ilə yanaşı, Media Kəndinin də yaradıldığını bildirib. Paralel olaraq paytaxtda abadlıq-quruculuq işlərinin davam etdirildiyini, yeni bulvar xəttinin salındığını diqqətə çatdırıb.