İdman

​Azərbaycan Premyer Liqasında XXIX turun oyunları keçiriləcək

Metbuat.az

Son illərin ən prinsipial rəqibləri bu mövsüm çempionluqdan demək olar ki, əllərini üzüblər. Hazırda "Neftçi" 45 xalla 3-cü, "Xəzər Lənkəran" 26 xalla 7-ci pillədə qərarlaşıb. Flaqman qələbə qazanacağı halda, 2-ci pilləyə yüksələcək. Cənubluları isə 3 xal da irəli aparmayacaq.


Son 2 turda qələbəyə həsrət qalmış "Qarabağ" eyni sayda məğlubiyyətə düçar olan AZAL-ı qəbul edəcək. Autsayderlərin duelində isə "Sumqayıt" "Bakı"nı sınağa çəkəcək.


Nəhayət, günün son matçında 4-cü pillənin taleyi böyük ölçüdə həllini tapacaq. "Qəbələ" bu mövsüm ardıcıl 4 oyunda qalib gələ bilmədiyi "Simurq"u qəbul edəcək. Zaqatala təmsilçisi ötən ay Roman Qriqorçukun komandasını Azərbaycan Kubokundan kənarlaşdırıb. Bu gün də qələbə qazanacaqları halda, qonaqlar Avropa Liqasına vəsiqə verən 4-cü pilləyə yüksələcəklər.


9 aprel (cümə axşamı)
17:00. "Xəzər Lənkəran” – "Neftçi” (Bakı)
Hakimlər:

Əliyar Ağayev, Zeynal Zeynalov, Mübariz Haşımov, Mahir Məmmədov


"Xəzər Lənkəran” mərkəzi stadionu


17:00. "Qarabağ” (Ağdam) – AZAL (Bakı)
Hakimlər:

Rəhim Həsənov, Yaşar Abbasov, Rəvan Həmzəzadə, Rza Məmmədov


Əlavə köməkçi hakimlər:

Xəlil Xəlilov, Etibar Həsənov


Bakı. "Bakcell Arena”


17:00. "Sumqayıt” – "Bakı”
Hakimlər:

Ramil Diniyev, Cavanşir Yusifov, Coşqun Həsənov, Nail Nağıyev


Sumqayıt. "Kapital Bank Arena”


19:00. "Qəbələ” – "Simurq” (Zaqatala)
Hakimlər:

Elvin Əsgərov, Rahil Ramazanov, Munis Abdullayev, Nahid Əliyev


Əlavə köməkçi hakimlər:

Vüsal Əliyev, İnqilab Məmmədov


Qəbələ şəhər stadionu, 19:00