İdman
AZƏRTAC
Azərbaycan millisinin Avropa çempionatının pley-off mərhələsi çərçivəsində keçirəcəyi oyunların vaxtı müəyyənləşib
Bakı, 15 aprel,
AZƏRTACQadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının pley-off mərhələsi çərçivəsində keçirəcəyi oyunların vaxtı müəyyənləşib.
AZƏRTAC
xəbər verir ki, baş məşqçi Faiq Qarayevin yetirmələri Slovakiya millisi ilə ilk oyuna mayın 23-də çıxacaqlar. Azərbaycan Voleybol Mərkəzində təşkil olunacaq görüş saat 18:00-da başlayacaq.
Komandalar arasında cavab oyunu mayın 30-da Slovakiyadakı Leviçe İdman Sarayında keçiriləcək və qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.