İdman
AZƏRTAC
Azərbaycan millisi Qazaxıstana, Yunanıstan yığması isə Gürcüstana qalib gəlib
Bakı, 18 aprel,
AZƏRTACBakıda futbol üzrə 16 yaşadək qızlardan ibarət komandaların iştirakı ilə təşkil olunmuş UEFA-nın inkişaf turnirində ikinci turun oyunları keçirilib.
AZƏRTAC
xəbər verir ki, Bayıl stadionunda Azərbaycan millisi Qazaxıstan yığması ilə üz-üzə gəlib. Görüşdə hesab açılmadığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri sərrast yerinə yetirən Azərbaycan futbolçuları 5:4 hesabı ilə qalib gəliblər.
“Dalğa Arena”da Yunanıstan və Gürcüstan milli komandaları qarşılaşıb. Görüş Yunanıstan millisinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.