İdman
Azərbaycan kubokunun finalının harada keçiriləcəyi müəyyənləşdi
Azərbaycan kubokunun final görüşünün keçirilmə yeri müəyyənləşib.
Metbuat.az-ın məlumatına görə, kubok uğrunda həlledici oyun iyunun 3-də Qəbələ şəhər stadionunda reallaşacaq.
Qeyd edək ki, dünən keçirilən yarımfinalın cavab oyunlarından sonra “Neftçi” və “Qarabağ” finala vəsiqə qazanıblar.