İdman

​Azərbaycan Kubokunun final matçı Qəbələdə keçiriləcək

Metbuat.az

Bakı. 22 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda final matçının məkanı müəyyənləşib. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, həlledici mərhələyə vəsiqə qazanan "Neftçi" və "Qarabağ" klubları Qəbələdə üz-üzə gələcəklər.


Oyun iyunun 3-də baş tutacaq.


Qeyd edək ki, yarımfinalda "Qarabağ" "Simurq"u, "Neftçi" "İnter"i üstələyib.