İdman

Azərbaycan Kubokunda "Qarabağ" - "Neftçi" finalı olacaq

Metbuat.az

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Metbuat.az-ın xəbərinə görə, günün ilk qarşılaşması Zaqatalada keçirilib. Səfərdə "Qarabağ"a 0:1 hesabı ilə uduzan "Simurq" Ağdam klubu ilə doğma meydanda münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma elə başladığı kimi də bitib. Nəticədə iki oyunun cəminə görə 1:0 hesabı ilə üstün olan "Qarabağ" finala vəsiqə qazanıb.

"İnter" isə evdə "Neftçi" ilə üz-üzə gəlib. Səfərdə rəqibinə 0:2 hesabı ilə uduzan Kaxaber Sxadadzenin komandası həmin məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Oyunda hesabı "Neftçi" açıb. Nikolas Kanales fərqlənib. Ancaq çox keçmədən Arif Daşdəmirov status-kvonu bərpa edib. İkinci hissədə Baçana Sxadadzenin vurduğu qol görüşdə sonuncu olub. Beləliklə, "Neftçi" finalda "Qarabağ"ın rəqibi olub.

“Simurq” – “Qarabağ” - 0:0 

Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov, Munis Abdullayev 

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ömər Paşayev 

AFFA nümayəndəsi: Şaiq Həmidov Hakim-inspektor: Xaqani Məmmədov 

Zaqatala şəhər stadionu

“İnter” – “Neftçi” - 2:1 

Qollar: Arif Daşdəmirov, 37, Baçana Sxadadze, 56 - Nikolas Kanales, 27 

Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Rza Məmmədov, Namiq Hüseynov 

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Rəhim Həsənov 

AFFA nümayəndəsi: Nüvər Xasıyev 

Hakim-inspektor: Gülağa Cabarov 

“İnter Arena”