İdman

Azərbaycan güləşçiləri dünya kuboku yarışlarında Türkiyə və Belarus komandalarına qalib gəliblər

Metbuat.az

Bakı, 12 aprel,

AZƏRTAC

ABŞ-ın Los-Anceles şəhərində sərbəst güləş üzrə dünya kuboku yarışarı başlayıb.


AZƏRTAC

xəbər verir ki, yarışda Azərbaycan ilə yanaşı, Türkiyə, Rusiya, Kuba, ABŞ, Monqolustan, İran və Belarus güləşçiləri iştirak edirlər.


Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Türkiyə, İran və Belarus komandaları ilə “B” qrupunda mübarizə aparır. “A” qrupunda isə Rusiya, Kuba, ABŞ və Monqolustan komandaları qüvvələrini sınayırlar.


Güləşçilərimiz əvvəlcə Türkiyə komandasını 7:1, ardınca isə Belarusu 6:2 hesabı ilə məğlub ediblər.


Qrupun son görüşündə güləşçilərimiz İran komandası ilə qarşılaşacaqlar. Görüş aprelin 13-də Bakı vaxtı ilə saat 00:30-da başlayacaq.


Turnirə aprelin 13-də yekun vurulacaq.