İdman

Azərbaycan çempionatında yubiley qolu

Metbuat.az

Futbol üzrə Topaz Premyer Liqasının XXIX turunun “Qəbələ” – “Simurq” oyununda ölkə çempionatları tarixində yubiley qolu vurulub. Ev sahibi komandanın oyunçusu Ruslan Abışovun vurduğu qol ölkə futbolu üçün 11 mininci qol olub.



ANS PRESS Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, 1:0 hesabı ilə başa çatan qarşılaşmayadək 1992-ci ildə start götürən milli çempionatlarda 10 999 qol vurulmuşdu. Cari mövsümün startınadək bu rəqəm 10 720, XXIX turdan əvvəl isə 10 992-yə bərabər idi.



Qeyd edək ki, ölkə çempionatlarında 10 mininci qol 865 gün əvvəl - 2012-ci il noyabrın 25-də vurulmuşdu. Topaz Premyer Liqasının 2012/2013-cü il mövsümünün XIV turunun “Bakı” – “Neftçi” oyununda Elvin Məmmədovun qonaqların qapısına vurduğu top ölkə futbol çempionatlarında 10 minci qol olmuşdu.

Mənbə
ANS PRESS