İdman

Avropa Stolüstü Tennis Birliyinin Çində keçiriləcək konqresində Azərbaycan da təmsil olunacaq

Metbuat.az

Bakı, 6 aprel,

AZƏRTAC

 


Aprelin 29-da Çinin Suzhou şəhərində stolüstü tennis üzrə dünya çempionatı ərəfəsində Avropa Stolüstü Tennis Birliyinin (ASTB) növbədənkənar konqresi keçiriləcək.


Azərbaycan Stolüstü Tennis Federasiyasından

AZƏRTAC

-a bildiriblər ki, konqresin gündəliyinə federasiya prezidentlərinin hesabatı, maliyyə məsələləri üzrə vitse-prezidentin qeydləri, 2015-ci il üçün yenilənmiş İnkişaf Proqramı, qanunvericiliyin təkmilləşdirilməsi, 2016–cı il üçün ASTB–nin tədbirləri, növbəti Avropa çempionatları və digər məsələlər daxil edilib.


Konqresdə Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse–prezidenti Fazil Məmmədov və baş katibi Səbuhi Mehdizadə də iştirak edəcək.