İdman

Avropa Oyunlarına test xarakterli AGF Kuboku uğrunda beynəlxalq turnir başlayır

Metbuat.az

16-19 aprel 2015-ci il tarixdə Heydər Əliyev adına İdman-Konsert Kompleksində beynəlxalq turnir keçiriləcək.

Metbuat.az-ın xəbərinə görə, sərbəst və yunan-Roma güləş üzrə yeniyetmə və gənclərin qatılacaqğı bu dəfəki turnir iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyır.

Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri iştirak edəcək.

Turnirin proqramına əsasən, aprelin 16-da yunan-Roma güləşi üzrə yeniyetmələr, 17-də yunan-Roma güləşi üzrə gənclər, 18-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 19-da isə, sərbəst güləş üzrə gənclər mübarizə aparacaq.

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.