İdman

Avropa Liqasında 1/4 final həyəcanı

Metbuat.az
Bu gecə Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bütün qarşılaşmalar eyni günə nəzərdə tutulub.

Qrup mərhələsində “Qarabağ”la mübarizə aparmış “Dnepr” səfərdə “Brügge”nin qonağı olacaq.

Daha bir Ukrayna təmsilçisi “Dinamo” öz meydanında “Fiorentina”nı qəbul edəcək.

Rusiyanın “Zenit” klubu İspaniya səfərində “Sevilya” ilə üz-üzə gələcək.

“Volfsburq” isə doğma meydanda “Napoli” ilə münasibətlərinə aydınlıq gətirəcək.


16 aprel

Avropa Liqası, 1/4 finalın ilk oyunları

00:05. “Brügge” (Belçika) – “Dnepr” (Ukrayna)

00:05. “Dinamo” (Kiyev, Ukrayna) – “Fiorentina” (İtaliya)

00:05. “Sevilya” (İspaniya) – “Zenit” (Rusiya)

00:05. “Volfsburq” (Almaniya) – “Napoli” (İtaliya)

Milli.Az