İdman
AZƏRTAC
Avropa çempionatının final mərhələsinə hazırlıq müzakirə olunub
Bakı, 13 aprel,
AZƏRTACAFFA-nın baş katibi Elxan Məmmədov aprelin 13-də Məşqçilər Komitəsinin üzvləri və texniki direktor ilə görüş keçirib.
AZƏRTAC
xəbər verir ki, görüşdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə təyinat, həmçinin U-17 yığmamızın gələn il keçiriləcək Avropa çempionatına hazırlıq prosesi ətraflı müzakirə olunub.
Xatırladaq ki, UEFA İcraiyyə Komitəsinin qərarına uyğun olaraq, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsi 2016-cı ildə Azərbaycanda keçiriləcək. U-17 yığmamız təşkilatçı ölkənin təmsilçisi olaraq final mərhələsində iştirak edəcək.