"Atletiko" "Real"dan qisas ala biləcək?
Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinə start veriləcək.
ANS PRESS-in məlumatına görə, ilk oyun günündə iki mtç baş tutacaq.
Gecənin və mərhələnin ən maraqlı qarşılaşması Madriddə baş tutacaq. Ötən mövsümkü finalçılar - "Atletiko" və "Real" bu dəfə 1/4 finalda üz-üzə gələcək. Ötən mövsüm finalda həmşəhərlilərinə uduzan "Atletiko" bu dəfə revanş almağa çalışacaq. Oyunu serb FIFA referisi Milorad Majiç idarə edəcək.
Gecənin digər oyununda "Yuventus" "Monako"nu qəbul edəcək. "Yuventus" stadionunda keçiriləcək İtaliya və Fransa klublarının oyununu çeх Pavel Kraloveç idarə edəcək.
Qeyd edək ki, mərhələnin digər iki oyunu sabah keçiriləcək. PSJ (Fransa) "Barselona"nı (İspaniya), "Portu" (Portuqaliya) isə "Bavariya"nı (Almaniya) qəbul edəcək.
Çempionlar Liqası
1/4 final
İlk oyunlar
14 aprel
23.45 Atletiko (İspaniya) - Real (İspaniya)
Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç, Deyan Petroviç (Serbiya).
Əlavə köməkçi hakimlər: Danilo Qruyiç, Deyan Filipoviç (Serbiya).
Madrid. "Visente Kalderon" stadionu.
23.45 Yuventus (İtaliya) - Monako (Fransa)
Hakimlər: Pavel Kraloveç, Roman Slisko, Martin Vilçek, Tomaş Mokrus (Çexiya).
Əlavə köməkçi hakimlər: Radek Prihoda, Miçal Patak (Çexiya).
Turin. "Yuventus" stadionu.
MənbəANS PRESS