İdman

"Arsenal" ona görə 45 milyon avrosundan keçməyə hazırdı

Metbuat.az

"Porto"nun yarımmüdafiəçisi Yasin Brahimi karyerasını İngiltərədə davam etdirə bilər.

Metbuat.az "Metro"ya istinadən xəbər verir ki, "Arsenal" əlcəzairli futbolçuya görə 45 milyon avro ödəməyə hazırdı. London klubunun yayda danışıqlara başlayacağı gözlənilir.

Ancaq "Arsenal"ın işi heç də asan deyil. "Topçular" Brahimi ilə maraqlanan Avropa nəhəngləri ilə mübarizə aparmaq məcburiyyətindədilər.