İdman
"Arsenal"ın finaldakı rəqibi "Aston Villa" oldu - İCMAL
İngiltərə Federasiya Kubokunda ikinci finalçının kimliyinə aydınlıq gəlib.
Metbuat.az-ın xəbərinə görə, "Aston Villa" "Liverpul"la qarşılaşıb. 30-cu dəqiqədə Koutinyo Mersisayd klubunu hesabda önə keçirib. Lakin qoldan sonra hadisələr "qırmızılar"ın əleyhinə cərəyan edib. Əvvəlcə Benteke hesabı bərabərləşdirib. Daha sonra isə Delf qələbə qoluna imza atıb.
"Aston Villa" - "Liverpul" - 2:1
Qollar: Benteke, 36, Delf, 54 - Koutinyo, 30
"Aston Villa" Federasiya Kubokunun finalında "Arsenal"la qarşılaşacaq.
Qarşılaşmanın icmalını təqdim edirik.