İdman

"Arsenal" "Borussiya"nın hücumçusuna görə 41 milyon avro ödəməyə hazırdı

Metbuat.az

Dortmund "Borussiya"sının forvardı Pyer-Emerik Obameyanq "Arsenal"ın maraq dairəsinə düşüb.

Metbuat.az "Sky Sports"a istinadən xəbər verir ki, "topçular" hücumçunun müqabilində qarşı tərəfə 41 milyon avro ödəməyə hazırdı. Rəsmi danışıqların necə yekunlaşacağı hamıda maraq doğurur.

Obameyanq cari mövsümdə 12 dəfə fərqlənib.