İdman

Arda Turan Ronaldo və Beyli qabaqladı

Metbuat.az

Çempionlar Liqasının 1/4 finalının ilk oyununda keçirilən "Atletiko" - "Real" derbisində (0:0) meydanda ən çox qaçan futbolçu bəlli olub.



ANS PRESS-in məlumatına görə, "Atletiko"nun yarımmüdafiəçisi Arda Turan bu göstəricidə hər kəsi qabaqlayıb.



Meydanda 11,353 km qaçan türkiyəli futbolçu Kriştiano Ronaldo, Kərim Benzema və Qaret Beyl kimi oyunçuları geridə qoyub.



"Atletiko"dan Qabi (11,230 km) ikinci, "Real"dan Xames Rodriqes (10,736 km) üçüncü olub.



Qeyd edək ki, Madrid derbisində "Atletiko"lu futbolçuların "Real"ın oyunçularından 7 km çox qaçdığı müəyyənləşib.

Mənbə
ANS PRESS