İdman

Almanların intiqamı ağır oldu

Metbuat.az

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. ANS PRESS-in məlumatına görə, bu gecə baş tutan 2 oyundan sonra yarımfinalın 2 iştirakçısı müəyyənləşib.



"Barselona" ilk oyunda 3:1 hesabı ilə yendiyi PSJ-ni qəbul edib. Kataloniya klubu doğma meydanda da qaələbə qazanıb - 2:0. Hər iki qola Neymar imza atıb. Bununla da "Barselona" yarımfinala vəsiqə əldə edib.



Gecənin digər oyununda "Bavariya" ilk oyunda 1:3 hesabı ilə uduzduğu "Portu"nu sınağa çəkibş. Münhen təmsilçisi doğma meydanda rəqibini darmadağın edərək hər şeyin bitmədiyini göstərib - 6:1. "Bavariya" ilk yarıda 5 qol vuraraq matçın taleyini həll edib. Robert Levandovski dubl edib, Tyaqo Alkantara, Jerome Boatenq və Tomas Müller hərəyə bir qol vurub. Münhenlilərin son qolunu matçın sonunda Xabi Alonso rəqib qapısından keçirrib. "Portu"nun təsəlli qoluna isə ikinci hissədə Cekson Martines imza atıb. Qarşılaşmanın sonlarında İvan Markano qırmızı vərəqə alaraq "Portu"nu azlıqda qoyub.



Qeyd edək ki, 1/4 final mərhələsi bu gün başa çatacaq. "Real" "Atletiko"nu (ilk oyun 0:0), "Monako" "Yuventus"u (ilk oyun 0:1) qəbul edəcək.



Çempionlar Liqası


2014/15 mövsümü


1/4 final (cavab oyunları)



21 aprel


23.45 Barselona (İspaniya) - PSJ (Fransa) 2:0


Qollar: Neymar, 14; 34.




23.45 Bavariya (Almaniya) - Portu (Poruqaliya) 6:1


Qollar: Tyaqo Alkantara, 14. Jerome Boatenq, 22. Robert Levandovski, 27. Tomas Müller, 36; 40. Xabi Alonso, 88 - Cekson Martines, 73.


Mənbə
ANS PRESS