İdman

AFFA-nın baş katibi Məşqçilər Komitəsinin üzvləri və texniki direktorla görüş keçirib

Metbuat.az

Bakı, 6 aprel,

AZƏRTAC

AFFA-nın baş katibi Elxan Məmmədov aprelin 6-da Məşqçilər Komitəsinin üzvləri və texniki direktorla görüşüb.


AFFA-dan

AZƏRTAC

-a bildiriblər ki, görüşdə U-16, U-17, U-19 və U-21 yığma komandalarının son rəsmi və yoxlama oyunları ilə bağlı geniş müzakirə aparılıb, hesabat təqdim olunub.


Komitə üzvlərinin və texniki direktorun fikirləri səsləndikdən sonra baş katib tərəfindən gələcək işlər barədə müvafiq tapşırıq və tövsiyə verilib.