İdman

AFFA-dan Ramil Şeydayevə növbəti təklif

Metbuat.az

Azərbaycan, Bakı, 19 aprel /Trend/

AFFA millimizdə oynaması üçün Sankt-Peterburq "Zenit"inin azərbaycanlı futbolçusu Ramil Şeydayevə yenidən müraciət edib.

Trend-in məlumatına görə, Rusiyanın U-21 millisinin oyunçusu AFFA-dan təklif aldığını təsdiqləyib.

R.Şeydayev azerisport.com-a açıqlamasında millidə oynaması üçün ona yenidən müraciət edildiyini deyib.

Xatırladaq ki, AFFA daha öncə R.Şeydayevə Azərbaycan millisində oynamağı təklif etsə də, gənc futbolçu rədd cavabı vermişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az