İdman

29 futbolçu ağır yaralandı

Metbuat.az
Mərakeşdə ağır yol qəzası baş verib.
 
Milli.Az anspress-ə istinadən bildirir ki, Mərakeş birinciliyində mübarizə aparan "Şabab Atlas Henifra" klubunun futbolçularını aparan avtobus "Şabab Rif Al-Hosyema" komandası ilə səfər oyunundan qayıdırkən qəzaya uğrayıb.
 
Qəza nəticəsində ən azı 29 nəfər yaralanıb.
 
"Şabab Atlas Henifra"nın prezidenti İbrahim Oaba bildirib ki, komandanın qapıçısı Lusin Zana ağır yaralanaraq komaya düşüb.

Milli.Az