İdman
Mənbə
ANS PRESS
16 yaşlı "Yeni Messi" "Arsenal"da (VİDEO)
İngiltərənın “Arsenal” klubu Argentinanın “Vales Sarsfeld” komandasında forma geyinən Maksimiliano Romeronun transferini reallaşdırıb.
ANS PRESS-in məlumatına görə, “Yeni Messi” gözüylə baxılan 16 yaşlı hücumçunun keçidini londonlular Argentina klubuyla həll ediblər.
Xatırladaq ki, argentinalı futbolçu yalnız 18 yaşı tamam olduqdan sonra “Arsenal”ın düşərgəsinə qoşula biləcək.
ANS PRESS