İdman

16 yaşadək qızlardan ibarət Azərbaycan yığması UEFA turnirinin qalibi olub

Metbuat.az

Bakı, 20 aprel,

AZƏRTAC

16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bakıda keçirilən UEFA-nın İnkişaf turnirinin qalibi olub.


AZƏRTAC

-a AFFA-dan verilən məlumata görə, yığmamız Bayıl stadionunda keçirilmiş son oyunda Yunanıstan komandası ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən yığmamız 4:2 (ümumi nəticə - 5:3) hesabı ilə qalib gəlib.


Turun “Dalğa Arena”da keçirlmiş digər oyununda isə Qazaxıstan yığması 1:0 hesabı ilə gürcüstanlı futbolçulara qalib gəlib.