İdman

13 yaşlı idmançımız beynəlxalq turnirdə birinci oldu - FOTO

Metbuat.az

13 yaşlı yeniyetmə şahmatçımız

Abdulla Qədimbəyli

Birləşmiş Ərəb Əmirliklərində keçirilən beynəlxalq turnirdə birinci olub.



Milli.Az xəbər verir ki, BƏƏ-nin Əl-Ain şəhərində 15 yaşına qədər şahmatçılar arasında keçirilən turnirə qatılan Qədimbəyli rəqiblərinin hamısını geridə qoyaraq birincilik əldə edib.



O, keçirdiyi 9 oyunun yeddisində qələbə çalıb. İkisini isə heç-heçə ilə bitirib. Nəticə olaraq 8 xal toplayan şahmatçımız turnirin qalibi olub.



Turnirdə ikinci yeri digər azərbaycanlı şahmatçı

Vüqar Əsədli

tutub. Üçüncü yer isə Qazaxıstan təmsilçisi

Denis Maxnyov

a qismət olub.



Xatırladaq ki, yaşının az olmasına baxmayaraq, Abdulla Qədimbəyli bundan əvvəl bir dəfə şahmat üzrə dünya çempionu, iki dəfə isə Avropa çempionu adına layiq görülüb.



Teymur Hacıyev
Milli.Az