İdman

100 yaşlı yapon qadın 1,5 kilometr məsafəyə üzməklə rekord qazanıb

Metbuat.az

Bakı, 6 aprel,

AZƏRTAC

Yapon qadın Mieko Naqaoka Yer kürəsinin 100 yaşında 1,5 kilometr məsafəyə üzə bilmiş ilk sakinidir.


“The Guardian” qəzeti “Kyodo News” Agentliyinə istinadən yapon qadının sözlərini misal gətirir: “Mən 105 yaşım tamam olanadək üzmək istəyirəm, əlbəttə, əgər o qədər yaşasam”.


Üzgüçü bu məsafəni 1 saat 16 dəqiqəyə qət edib.


AZƏRTAC

xəbər verir ki, onun nailiyyəti Ginnesin Rekordlar kitabına daxil edilə bilər.