İdman

Zlatan İbrahimoviç cəzalandırıldı

Metbuat.az

UEFA-nın İntizam instansiyası PSJ-nin hücumçusu Zlatan İbrahimoviç və müdafiəçisi Serj Ore barəsində qərar çıxarıb. Apasport.az saytının məlumatına görə, hər iki futbolçu cəzalandırılıb.

Belə ki, isveçli forvard Çempionlar Liqasının növbəti matçını buaxacaq. Ore isə 3 oyun komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, İbrahimoviç Çempionlar Liqasının 1/8 finalında “Çelsi” (2:2) ilə qarşılaşmada qırmızı vərəqə alaraq, meydandan qovulmuşdu. Serj Ore isə sözügedən matçdan sonra oyunun baş hakimi Born Keypersi sosial şəbəkədə təhqir etmişdi.