İdman
AZƏRTAC
Zabit Səmədov növbəti döyüşünü britaniyalı idmançıya qarşı keçirəcək
Bakı, 26 mart,
AZƏRTACAzərbaycanın K-1 döyüşçüsü Zabit Səmədovun növbəti döyüşünün vaxtı açıqlanıb.
AZƏRTAC
xəbər verir ki, Z.Səmədov aprelin 17-də Dubayda “Global Fighting Championship”də mübarizə aparacaq.
Dubay turnirinin əvvəlki mərhələsində qələbə qazanan Z.Səmədov bu dəfə Böyük Britaniya idmançısı Stiv Makkinon ilə qarşılaşacaq.