İdman

"Yuventus" darmadağın etdi (FOTO)

Metbuat.az

Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub. ANS PRESS-in məlumatına görə, bu gecə son iki 1/4 finalçı müəyyənləşib.



"Barselona" "Nou Kamp"da "Mançester Siti"ni qəbul edib. Kataloniya klubu səfər matçında "şəhərlilər"i 2:1 hesabı ilə yenmişdi. Doğma meydanda İvan Rakitiçin qoluna sevinən "Barsa" 1/4 finala çıхıb - 1:0.



Günün digər oyununda isə Dortmund "Borussiya"sı "Yuventus"u qəbul edib. Komandalar arasında ilk oyunda italyanlar qələbə qazanmışdı - 2:1. Turin təmsilçisi bu dəfə darmadağına sevinib - 3:0. Karlos Tevezin dubl etdiyi oyunda Alvaro Morata bir qol vurub.



Qeyd edək ki, bundan əvvəl "Real", "Atletiko" (ikisi də İspaniya), PSJ, "Monako" (ikisi də Fransa), "Bavariya" (Almaniya) və "Portu" (Portuqaliya) 1/4 finala vəsiqə qazanmışdı.



Çempionlar Liqası


1/8 final


Cavab oyunları



17 mart


Barselona (İspaniya) - Mançester Siti (İngiltərə) 1:0


Qol: İvan Rakitiç, 31.



Borussiya (Dortmund, Almaniya) - Yuventus (İtaliya) 0:3


Qollar: Karlos Tevez, 3; 79. Alvaro Morata, 70.





Mənbə
ANS PRESS