İdman
Qol.az
Milli.Az
Yığmamızın rəqibində ciddi itki
"Avro-2016"nın seçmə mərhələsində millimizin qrupunda yer alan Xorvatiya yığması Norveçlə oyunöncəsi ciddi itki ilə üzləşib.
Qol.az
-ın Xorvatiya mətbuatına istinadən verdiyi məlumata görə, komandanın aparıcı futbolçusu
Mateo Kovaçiçzədə səbəbindən Norveçlə görüşdə forma geyinə bilməyəcək.
Yığmanın həkimi Boris Nemeç təcrübəli yarımmüdafiəçinin dizində ağrılar olduğunu bildirib: "Aparılan tibbi müayinədən sonra Kovaçiçin diz çarpaz bağlarında zədə olduğu aşkarlandı. Dizindəki ağrılar artıb. Kovaçiç Norveçə qarşı oynaya bilməyəcək".
Qeyd edək ki, Xorvatiya millisi sabah "Avro-2016"nın seçmə mərhələsində evdə Norveçi qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Milli.Az