İdman
ANS PRESS
Yığmamız geriləyə-geriləyə gedir
FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
ANS PRESS-in məlumatına görə, ötən ayla müqayisədə Azərbaycan milli komandası siyahıda 8 pillə geriləyib.
Komandamızın aktivində 198 bal var və millimiz hazırda 139-cu pillədə qərarlaşıb.
Reytinq cədvəlinin ilk pilləsində isə Almaniya yığmasıdır (1770 xal). Argentina 2-ci (1577 xal), Kolumbiya 3-cü (1499 xal) pillədə qərarlaşıb.
Sonrakı yerləri Belçika (1471), Hollandiya (1415), Braziliya (1348), Portuqaliya (1191), Fransa (1180), Uruqvay (1164) və İtaliyadır (1146).
İki qat Avropa və dünya çempionu İspaniya (1130) isə bir pillə geriləyərək 11-ci sırada özünə yer tapıb.
MənbəANS PRESS